“Son iki oyunumuz evdədir. Mümkün olan ən yaxşı nəticəni qazanaraq azarkeşlərimizi sevindirməyə çalışacağıq”.

 

Bu sözləri “Şamaxı”nın qapıçısı Rikardo Fernandes Azərbaycan Premyer Liqasının XXXIV turunda səfərdə “Sabah”a 1:3 hesabı ilə uduzduqları oyundan sonra sportnet.az-a açıqlamasında deyib.

 

31 yaşlı portuqaliyalı “əlcək sahibi” məğlubiyyətin səbəbini belə şərh edib: “Sabah” iki qolu standart vəziyyətdən vurdu. Bunun üzərində daha çox işləməliyik. Daha yaxşı kombinasiya qurmalı idik. “Sabah”ın üstünlüyü küncdən zərbə oldu”.

 

Fernandes “Araz-Naxçıvan” və “Qarabağ”a qarşı görüşlərə yaxşı hazırlaşacaqlarını qeyd edib. O, azarkeşlərə təşəkkür etməyi də unutmayıb: “Daha çox xal qazanmaq üçün əlimizdən gələni edəcəyik.

 

Azarkeşlərə ehtiyacımız var. Sağ oldunlar, evdə də, səfər oyunlarında da bizim yanımızda olurlar. Son iki oyunda da bizi yüksək səviyyədə dəstəkləyəcəklərini bilirəm”.

 

Qeyd edək ki, “Şamaxı” 34 turdan sonra 36 xalla turnir cədvəlinin 7-ci pilləsində yer alır.