
Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu yeni müqavilə ilə bağlı danışıqları dayandırıblar.
Sportnet.az "Marca"ya istinadən xəbər verir ki, XXX turun "Əl-İttihad"la oyunundan (2:3) sonra 40 yaşlı hücumçunun davranışı klub rəhbərliyinin xoşuna gəlməyib.
Final fitindən sonra meydanı tərk edən forvard jestlər edib və nəticədən narazılığını bildirib.
Qeyd edək ki, Kriştianu Ronaldunun hazırkı sözləşməsinin müddəti 2026-cı ilin yayınadək qüvvədədir. Portuqaliyalı oyunçu 2023-cü ildən "Əl-Nəsr"də çıxış edir.