
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti İspaniya La Liqasının XXXV turunda səfərdə "Barselona" ilə oyunda Arda Gülərə əsas heyətdə şans verə bilər.
Sportnet.az-ın məlumatına görə, bu barədə italiyalı mütəxəssis mətbuat konfransında deyib.
Ançelotti Rodriqo, yoxsa Gülər sualını belə cavablayıb: "Rodriqo artıq komandaya dönüb. O, məşqlərdə özünü yaxşı tərəfdən göstərib. Həm Rodriqo, həm də Arda Gülər ilk seçimlərimizdən biridir. Onsuz da ilk "11-lik" üçün çox variantımız yoxdur. Standart vəziyyətlər üçün iki əla oyunçumuz var, Gülər və Modriç".
Qeyd edək ki, "Barselona" - "Real Madrid" qarşılaşması bu gün Bakı vaxtı ilə saat 18:15-də start götürəcək.