
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların 2025-ci ilin may ayı üçün dünya reytinqi açıqlanıb.
Sportnet.az xəbər verir ki, ümumilikdə 499 klubun yer aldığı siyahıya Azərbaycanın 4 təmsilçisi düşüb.
143,5 xalla 114-cü olan "Qarabağ" ötən ayla müqayisədə 10 pillə irəliləyib.
Əvəzində 13 pillə geriləyən “Zirə” 94,5 xalla 233-cü mövqedə qərarlaşıb.
26 pillə irəliləyən “Sabah” 68,5 xalla 367-ci, 38 pillə irəliləyən "Araz-Naxçıvan" isə 58,75 xalla 454-cüdür.
Qeyd edək ki, siyahıya 490 xalla “Real Madrid” başçılıq edir.