
İspaniyanın “Real Madrid” klubu futbolçusu Vinisius Juniorla yeni müqavilə bağlamağa yaxındır.
Sportnet.az ESPN-ə istinadən xəbər verir ki, “kral klubu” braziliyalı cinah oyunçusu ilə müddəti 2030-cu ilin yayına qədər olan sözləşməni razılaşdırıb.
Mənbənin məlumatına görə, Vinisius yeni müqaviləyə əsasən, illik 20 milyon avro (bonuslarla 30 milyon avro) qazanc əldə edəcək. Onun hazırkı müqaviləsi 2027-ci ilin yayında bitir.
Qeyd edək ki, Vinisius Junior 2018-ci ildən “Real Madrid”in şərəfini qoruyur. O, cari mövsüm ərzində meydana çıxdığı 51 oyunda 21 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.