
“Real Madrid” İngiltərə təmsilçisi “Bornmut”un hollandiyalı futbolçusu Dean Huijsenin transferi üçün sərbəstqalma məbləğini ödəyir.
Sportnet.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano “Twitter” hesabında yazıb.
Klublar 20 yaşlı futbolçunun təxminən 60 milyon avro olan sərbəstqalma maddəsinin ödəniş forması barədə tam razılığa gəliblər.
Madrid klubu bu məbləği 2026-cı ilin sonuna qədər hissə-hissə ödəyəcək. 1,97 metr boya malik mərkəz müdafiəçisi ilə şəxsi müqavilə şərtlərinə dair danışıqlar tezliklə başa çatacaq. Bu, formal məsələdir.
Çünki futbolçunun özü İngiltərə Premyer Liqası klublarından da aldığı təklifə baxmayaraq, "kral klubu"nu seçib.
İndi "Real Madrid" Höysenin menecerindən son təsdiqi gözləyir. Bu da baş verdikdən sonra transfer rəsmən elan olunacaq.
Qeyd edək ki, Huijsenin hazırki klubu ilə müqaviləsi 2030-cu ilə qədərdir.