
Azərbaycanlı iş adamı Tufan Sadıqova məxsus "Ximki" klubuna Rusiya Premyer Liqasında oynamaq üçün lisenziyanın verilməməsinə dair qərar qüvvədə saxlanılıb.
Sportnet.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının mətbuat xidməti açıqlama yayıb.
Səbəb kimi "Ximki"nin lisenziyalaşdırmanın maliyyə meyarlarına əməl etməməsi göstərilib.
Qeyd edək ki, "Çernomorets" və "OİK-Xabarovsk" klubları da Premyer Liqada oynamaq üçün lisenziya ala bilməyib. "Ximki" 2024/2025 mövsümündə elitada 12-ci yeri tutaraq, yerini qoruyub. Lakin futbolçulara olan borclar və maddi sıxıntılar klubun gələcəyini sual altında qoyub.