
"Kəpəz" klubu növbəti transferini gerçəkləşdirib.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, Gəncə təmsilçisi Burkina Faso millisinin üzvü Adama Fofana ilə müqavilə bağlayıb.
25 yaşlı cinah müdafiəçisi son olaraq Türkiyənin "Adanaspor" klubunun şərəfini qoruyub.
Qeyd edək ki, "Kəpəz" daha əvvəl Şakir Seyidov və Pedro Qomesi transfer edib.