
"Turan Tovuz" futbolçusu Orxan Əliyevlə yollarını ayırıb.
Sportnet.az xəbər verir ki, bu barədə Tovuz təmsilçisinin rəsmi səhifəsi məlumat yayıb.
30 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Orxan Əliyev bu ilin yanvarından "Turan Tovuz"un şərəfini qoruyurdu. O, 11 oyunda iştirak edib.