
Almaniya millisinin sabiq futbolçusu Bastian Şvaynştayqer və tennis üzrə keçmiş dünya birincisi Ana İvanoviç 9 illik evlilikdən sonra ayrılıb.
Sportnet.az xəbər verir ki, bu barədə serbiyalı tennisçinin vəkili "Spiegel" nəşrinə açıqlamasında deyib.
Vəkil ayrılığa səbəb kimi “həll olunmayan fikir ayrılıqlarını” göstərib və əlavə şərh verməkdən imtina edib.
Daha əvvəl bildirilmişdi ki, 37 yaşlı İvanoviç və 40 yaşlı Şvaynştayger cari ilin fevralında ayrılıblar. Ana oğulları Luka, Leon və Teo ilə doğma Belqradda yaşayır. Şvaynştayger işlərinə görə çox səyahət edir, lakin əsasən Münhendə yaşayır.
Cütlük 2016-cı ilin iyulunda evlənib.
Qeyd edək ki, Bastian Şvaynştayger Almaniya yığması ilə 2014-cü ildə dünya çempionu olub. O, ölkəsinin "Bavariya" klubu ilə UEFA Çempionlar Liqası daxil olmaqla bir çox titul qazanıb.