
2025/2026 mövsümü Azərbaycan Premyer Liqasının debütantı "İmişli" iki futboçusu ilə vidalaşıb.
Sportnet.az bölgə təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Rəhim Osman və Cavidan Qasımlı klubdan ayrılıb.
Qeyd edək ki, "İmişli" 2024/2025 mövsümündə I Liqanı 2-ci yerdə başa vuraraq elitaya vəsiqə qazanıb.