
"Sumqayıt" klubu daha bir futbolçu transfer edib.
Sportnet.az "gənclik şəhəri" təmsilçisinin rəsmi səhifəsinə istinadən xəbər verir ki, bu, serbiyalı hücumameylli yarımmüdafiəçi Nikola Ninkoviçdir.
Ötən mövsümü Serbiyanın "Tekstilaç" klubunda keçirmiş Ninkoviç ilə 1+1 illik müqaviləyə imza atıb. layıb. O, "Sumqayıt"da "10" nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, hazırda 31 yaşında olan Nikola Ninkoviç "Partizan"ın yetirməsidir. Ninkoviç İtaliyanın "Cenoa", "Kyevo", "Empoli", "Askoli" və "Breşiya", Serbiyanın "Proletar", Bosniya və Herseqovinanın "Borats" və son olaraq, Gürcüstanın "Torpedo Kutaisi" komandalarının formasını geyinib. O, Serbiyanın U-17, U-19 və U-21 millilərində də çıxış edib.