
Turan Tovuz" növbəti transferini reallaşdırıb.
Sportnet.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, Tovuz təmsilçisi İbrahima Vadjini heyətinə cəlb edib.
Son olaraq Fransa təmsilçisi "Sent-Etyen"də çıxış edən hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.
30 yaşlı seneqallı futbolçu karyerası ərzində Türkiyədə "Qaziantep BB", Norveçdə "Molde" və "Hauqesund", Azərbaycanda isə "Qarabağ"ın formasını geyinib.