
"Karvan-Yevlax" futbolçusu İbrahim Qədirzadə ilə müqaviləni yeniləyib.
Sportnet.az klubun rəsmi səhifəsinə istinadən xəbər verir ki, yarımmüdafiəçi ilə 1 illik yeni müqavilə imzalanıb.
Qədirzadə ötən mövsüm "Karvan-Yevlax"ın heyətində 25 oyun keçirib və 3 qol ötürməsi ilə yadda qalıb.
Qeyd edək ki, "Karvan-Yevlax" növbəti mövsüm Azərbaycan Premyer Liqasında mübarizə aparacaq.