
"Qarabağ" Coni Montielin transferini 5 ildən sonra gerçəkləşdirib.
Sportnet.az "Marca"ya istinadən xəbər verir ki, ispaniyalı hücumameylli yarıımmüdafiəçi 2020-ci ildə də Ağdam təmsilçisinin hədəfində olub.
Hətta qış transfer dövründə ona sərfəli transfer təklifi də edilib. Bu, Azərbaycan komandasının UEFA Avropa Liqasında çıxışını qrup mərhələsində başa vurduğu vaxta təsadüf edib. Həmin vaxt transfer hüququ "Vilyarreal"a məxsus olan Montielin keçidi alınmayıb. Bəzi mənbələrdə onun Azərbaycan çempionatında oynamaq istəməməsi səbəb göstərilib. Futbolçu Premyer Liqanın səviyyəsinin aşağı olduğunu əsas gətirərək bura gəlməkdə maraqlı olmayıb.
Qeyd edək ki, "Qarabağ" bu gün Coni Montiellə 2+2 illik müqavilə bağladığını açıqlayıb.