
"Qəbələ" futbolçuları Qədir Ramazanovla Elnur Mustafayevin müqavilə müddətini uzadıb.
Sportnet.az xəbər verir ki, bu barədə Qəbələ təmsilçisinin rəsmi səhifəsi məlumat yayıb.
Hər iki oyunçu ilə üç illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Qəbələ" növbəti mövsüm Azərbaycan Premyer Liqasında mübarizə aparacaq.