
Bolqarıstanın "Levski" klubunun futbolçusu Georgi Kostadinov "Sabah"la keçiriləcək UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda iştirak edə biləcək.
Sportnet.az xəbər verir ki, bu barədə "Match Telegraph" nəşri məlumat yayıb.
Mənbənin məlumatına görə, Sofiya təmsilçisinin lideri Əlincə stadionunda baş tutacaq matç üçün hazır vəziyyətdədir.
35 yaşlı Kostadinov görüşün ilk dəqiqələrindən Qasper Turdinlə birlikdə yarımmüdafiə xəttində tandem təşkil edəcəklər. O, evdə keçirilən qarşılaşmanı zədə səbəbindən buraxıb.
Bolqarıstanlı oyunçunun özü də baş məşqçi Xulio Velaskesə komandaya kömək etmək üçün revanş oyununda oynamaq istədiyini bildirib. İspaniyalı mütəxəssisin üçün daha bir şad xəbər də var - "Levski"nin Bolqarıstan çempionatının IV turunun "Spartak"la (2:1) oyununu buraxan Karl Fabyen də "Sabah"la matçda meydana çıxa biləcək.
Qeyd edək ki, "Sabah" - "Levski" matçı avqustun 14-də Əlincə stadionunda keçiriləcək. Komandalar arasında Bolqarıstanda keçirilən ilk oyunda meydan sahibləri 1:0 hesablı qələbə qazanıb.