
“Sabah” məqsədi olmayan bir klubdur. Hər il yeni baş məşqçi gətirilir, çoxlu futbolçu transfer edilir, amma nəticə dəyişmir”.
Sportnet.az xəbər verir ki Bu fikirləri Teleqraf-a açıqlamasında veteran futbolçu Mahir Şükürov Masazır təmsilçisinin UEFA Konfrans Liqasının III təsnifat mərhələsində Bolqarıstanın “Levski” klubuna (0:2; 0:1) məğlub olaraq turnirdə mübarizəni dayandırmasını şərh edərkən bildirib.
42 yaşlı mütəxəssis “bayquşlar”ın avrokuboklarda uğur qazana bilməməsini klubdaxili idarəetmə ilə əlaqələndirib: “Azərbaycan Premyer Liqasında 2-3-cü yerləri tutub, ya da Azərbaycan Kubokunu qazanıb avrokuboklara gedirlər, orada isə I və ya II mərhələdə mübarizəni dayandırırlar. Sonra da işlər yolunda getmir. Klubda düzgün strategiya yoxdur. Ona görə gətirilən futbolçular da ancaq Azərbaycan səviyyəsindədir. Bizə isə ən azı Avropa Liqası və Konfrans Liqası səviyyəsində oyunçular lazımdır. Çempionatda yer tutmaq hədəf deyil. Avrokuboklarda mərhələ keçib ölkəyə xal gətirmək əsas məqsəd olmalıdır. Amma bizdə belə düşünmürlər. Sadəcə, rəhbərlik "yer tutdular" desin. Bununla futbol inkişaf etmir”.
Azərbaycan millisinin sabiq üzvü ölkə xaricində uğursuz çıxışların yerli oyunçuların təcrübəsinə də fayda vermədiyini vurğulayıb: “Qarabağ”ın oyunundan başqa heç bir klubun matçına baxmıram. Çünki izləməyə dəyəcək bir şey yoxdur. Yenə də Ağdam təmsilçisi meydanda tək qaldı. Yaxşı ki, "Qarabağ" var. Azərbaycanı avrokuboklarda təmsil edən klublarda neçə yerli futbolçu oynadı və nə fayda gördük? Bu futbolçular milli komandaya nə verəcəklər?
Ümumiyyətlə, millidən də artıq fayda gözləmək olmaz. Ona görə ki, milli səviyyəsində də keyfiyyət düşüb, futbolçularımız yaxşı çıxış etmirlər”.