
"Neftçi"nin və Azərbaycan millisinin futbolçusu Elvin Bədəlov zədələnib.
Sportnet.az xəbər verir ki, 30 yaşlı müdafiəçi "Şamaxı"ya qarşı Azərbaycan Premyer Liqasının ilk tur matçının 71-ci dəqiqəsində rəqiblə top uğrunda mübarizə nəticəsində xəsarət alıb.
Oyuna davam edə bilməyən Bədəlov meydanı tərk etməli olub. Onu Falaye Sako əvəzləyib.
Qeyd edək ki, hazırda hesab bərabərdir - 1:1.