
“Neftçi”dən start antirekordu: Ardıcıl 3-cü mövsümdə qələbəsiz start
Sportnet.az xəbər verir ki, “Ağ-qaralar” ardıcıl üçüncü mövsümdə Azərbaycan Premyer Liqasına qələbəsiz başlayıb. Misli Premyer Liqasının 2025/26 mövsümünün ilk turunda “Neftçi” səfərdə “Şamaxı” ilə 1:1 hesablı bərabərlik əldə edib.
Paytaxt klubu bundan əvvəl 2023/24 mövsümündə səfərdə “Kəpəz”, ötən çempionatda isə evdə “Turan Tovuz”la start matçında qalib gələ bilməmişdi – müvafiq olaraq 0:1 və 0:0.
Ardıcıl üç çempionatın ilk oyununda qələbə qazana bilməmək “Neftçi”nin Azərbaycan çempionatlarındakı yeni antirekordudur. Klub bunadək yalnız bir dəfə – 2007/08 və 2008/09 mövsümlərində ardıcıl start oyunlarında xal itirmişdi.
Qeyd edək ki, “Neftçi” 34 mövsümün 21-də çempionatın ilk turunda qələbə qazanıb.