
Futbol üzrə Azərbaycan və Ukrayna yığma komandaları arasında keçiriləcək dünya çempionatının seçmə mərhələsinin oyununun biletləri satışa çıxarılıb.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qiymətlər kateqoriyalara uyğun olaraq 5, 7, 10, 20, 30 və 200 manatdır.
Azarkeşlər biletlər İtictek.az saytından və satış mənqələrindən əldə edə bilərlər.
Qeyd edək ki, Azərbaycan - Ukrayna oyunu sentyabrın 9-da olacaq. Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da start götürəcək.