
Azərbaycan Premyer Liqasında II turun növbəti oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, "Qarabağ" "Azersun Arena"da "Sumqayıt"ı qəbul edib.
Baş hakim Cavid Cəlilovun idarə etdiyi görüş qonaqların qələbəsi ilə yekunlaşıb. Yeganə qolu 72-ci dəqiqədə meydan sahiblərinin qapıçısı Şahrudin Məhəmmədəliyevin səhvindən sonra Ronaldo Vaskes vurub.
Bununla da "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb. "Sabah"la I tur matçı avrokubok oyunlarına görə təxirə salınmış "Qarabağ" isə çempionatdakı ilk oyunundan məğlub ayrılıb.
Qeyd edək ki, günün açılış oyununda "Neftçi" Şamaxıda "İmişli" ilə heç-heçə edib - 0:0.
-------------------------
Azərbaycan Premyer Liqasında II tura start verilib.
Sportnet.az xəbər verir ki, Şamaxı şəhər stadionunda "İmişli" və "Neftçi" komandaları üz-üzə gəlib.
Baş hakim Rauf Cabarovun idarə etdiyi görüş qolsuz yekunlaşıb - 0:0.
Bununla da "Neftçi" ardıcıl ikinci turu qələbəsiz başa vurub. Samir Abasovun baş məşqçi olduğu kollektivin hazırda 2 xalı var. "İmişli" isə ilk xalını qazanıb.
---------------------
Azərbaycan Premyer Liqasında bu gün II tura start veriləcək.
Sportnet.az xəbər verir ki, günün ilk qarşılaşmasında "Neftçi" "İmişli"nin qonağı olacaq.
Şamaxı şəhər stadionunda baş tutacaq matçın start fiti saat 17:00-da səslənəcək.
İkinci görüşdə isə ölkə çempionu "Qarabağ" "Sumqayıt"ı sınağa çəkəcək. Oyun "Azərsun Arena"da, saat 19:30-da başlayacaq.
Misli Premyer Liqası
1-ci dövrə, II tur
22 avqust
17:00. “İmişli” – “Neftçi” - 0:0
Hakimlər: Rauf Cabarov, Zöhrab Abbasov, Şirmamed Mamedov, İslam Məmmədov.
VAR: Rəvan Həmzəzadə.
AVAR: Cəmil Quliyev.
Hakim-inspektor: Munis Abdullayev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Şamaxı şəhər stadionu
19:30. “Qarabağ” – “Sumqayıt” - 0:1
Qol: Ronaldo Vaskes, 72
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov.
VAR: Nicat İsmayıllı.
AVAR: Rahil Ramazanov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
“Azərsun Arena”
Qeyd edək ki, turun digər qarşılaşmaları avqustun 23, 24 və 25-də keçiriləcək.