Türkiyənin "Fənərbağça" klubundan ayrılan Əmrə Belözğlu "Medipol Başakşehir"ə keçib. Sportnet.az-ın məlumatına görə, klub prezidenti Göksel Gümüşdağ təcrübəli futbolçu ilə iki illik müqavilə bağlandığını bildirib.
Təqdimetmə mərasimində Belözoğlu yeni klubu ilə bağlı fikirlərini dilə gətirib: "Türkiyənin nümunəvi ailəsinə, Liqanı 4-lüklə bitirən klubun üzv olmağa gəldim. Karyeramı uğurlarla yekunlaşdırmaq istəyirəm".
O, "Fənərbağça" ilə bağlı suallara isə belə cavab verib: "Orada çöx gözəl və eyni zamanda çətin günlərim keçib. Mənə kapitanlığı layiq gördülər. Böyük və çətin camiadı. "Fənərbağça"da futbol oyamaq asan deyil. Ama peşəkar həyatın içində bunlar var. Orada mücadilə apardım və ayrılanda küçədə mənim üçün ağlayanları gördüm. Bu mənim üçün yetərlidir.
Düzgün işlər etdiyimə inanıram. Səhvlərim də var. Lakin doğrularımın daha çox olduğuna inanıram. Rəhbərliyin verdiyi qərara hörmətlə yanaşıram. "Fənərbağça"dan ayrılmaq nə qədər çətindirsə, "Başakşehir" ilə müqavilə imzalamaq o qədər asan oldu".