
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının kapitanı Ayxan Süleymanlı bu gün Almaniyanın Münhen şəhərində əməliyyat olunub.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 21 yaşlı müdafiəçi “Sana Klinik München”də professor, doktor Filipp Niemeyer tərəfindən sol diz ön çarpaz bağından uğurlu əməliyyat keçirib.
Qeyd edək ki, Ayxan Süleymanlı U-21 millisinin heyətində Avropa çempionatının seçmə mərhələsində Bolqarıstan yığması ilə Bakıda keçirilən oyunda (1:1) zədələnib.