17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün ikinci oyununa çıxacaq.
Sportnet.az xəbər verir ki, 9-cu qrupda yer alan milli Fransanın Sen-Pol-le-Daks şəhərində İsrailin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
“Park de Sport” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq. Qarşılaşmanı Norveç və Fransadan olan hakimlər briqadası idarə edəcək.
11 oktyabr
20:00. İsrail (U-17) - Azərbaycan (U-17)
Baş hakim: Marius Hansen Qrotta (Norveç)
Baş hakimin köməkçiləri: Henrik Pettersen Sunde (Norveç), Nikolya Durand (Fransa)
Dördüncü hakim: Gillaume Paradis (Fransa)
“Park de Sport” stadionu, Sen-Pol-le-Daks
Qeyd edək ki, U-17 ilk oyununda Fransaya 0:8 hesabı ilə uduzub.