
FIFA dünya yığmalarının növbəti reytinq siyahısını dərc edib.
Sportnet.az-ın məlumatına görə, Azərbaycan millisi ötən siyahı ilə müqayisədə bir pillə irəliləyib.
Ayxan Abbasovun baş məşqçi olduğu kollektiv 123-cü mövqedə qərarlaşıb.
İrəliləyiş 2026-cı il dünya çempionatının seçmə mərhələsində Fransaya 0:3, Ukraynaya 1:2 hesablı məğlubiyyətlər və Toqo yığmasının 4 pillə geriləməsi fonunda gerçəkləşib.
Qeyd edək ki, siyahıya 1880.76 xalla İspaniya başçılıq edir. Bir pillə irəliləyən Argentina 1872.43 xalla ikinci, 1 mövqe geriləyən Fransa 1862.71 xalla üçüncü yerdədir. Ukrayna 1 pillə irəliləyib və 1555.36 xalla 27-ci, mövqeyi dəyişməyən İslandiya 1344.84 xalla 74-cüdür.