Fransa millisinin baş məşqçisi Didye Deşam Azərbaycan yığmasına qarşı keçirəcəkləri 2026-cı il dünya çempionatının seçmə qrup matçından öncə mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Sportnet.az həmin açıqlamaları təqdim edir:
- Sabahkı oyunda Lüka Şevalye iştirak edə biləcəkmi?
- Artıq DÇ-2026-ya vəsiqə qazanmışıq. Onun durumu ilə bağlı heç bir açıqlama vermək istəmirəm. Buna görə məni üzürlü sayın. Özünüz hər şeyi sabah görəcəksiniz.
- Usman Dembelenin yoxluğundan sonra Kilian Mbappenin də olmaması sizə çətinlik yaratmayacaq?
- Təkcə bunlar deyil. Dezire Due və digərləri də yoxdur. Dünya çempionatına vəsiqə bizi rahatlatsa da, sabah 22 oyunçumuz əlindən gələni edəcək. Qarşımızda enerjili, inadkar bir komanda var. Buna baxmayaraq, məqsədimiz qələbə qazanmaqdır.
- Yuqo Ekitike ilə bağlı nə deyə bilərsiniz?
- Ekitike Fransaya qarşı 30 dəqiqədən də az oynadı. Lakin şansını dəyərləndirərək, qol da vura bildi. Hər bir oyunçu kimi çətin anlar yaşayır. Lakin oktyabrda keçirdiyimiz toplanış zamanı xoşbəxt idi, oynamaq istəyirdi. Məncə, sabah da özünü sübut edə bilər.
- Kilian Mbappenin zədəsi nə dərəcədə ciddidir?
- Onun topuğunda problem var idi, hazırda da davam edir. Ona görə də Mbappenin yığmanın düşərgəsindən klubuna buraxdım. Kilianla "Real Madrid"in tibbi heyəti məşğul olacaq. Biz isə risk etmək istəmirik. Xüsusən də ona görə ki, artıq final mərhələsinə yüksəlmişik. Komandamızdakı bütün futbolçuları niyyəti aydındır.
- 3 oyunçunu Bakıya gətirməmisiniz. 22 oyunçudan hansıları sabah meydançada görə bilərik?
- Onların hamısı bu gün məşqdə olacaqlar, sabah isə hər biri oyuna hər an çıxa bilər. Onlar hazırlıqlı olacaqlar. Təbii ki, oyunlarla əlaqədar yorğunluq var. Amma vaxtında gəlmişik, dincələ bilmişilk və hazırıq.
Qeyd edək ki, noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan – Fransa qarşılaşması saat 21:00-da start götürəcək.


































































