"Son ev oyunumuzda güclü rəqibə qarşı oynayacağıq. Lakin biz görüşə hazırıq".
Sportnet.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Elvin Bədəlov evdə Fransa yığmasına qarşı keçirəcəkləri 2026-cı il dünya çempionatının seçmə qrup matçından əvvəl mətbuat konfransında deyib.
O, azarkeşlərin dəstəyi ilə yaxşı oyun nümayiş etdirəcəklərinə və evdə nəticə qazana biləcəklərinə inam ifadə edib.
Təcrübəli müdafiəçi Mbappenin yoxluğunun oyuna marağı azaltmayacağını söyləyib: "Bildiyimiz qədərilə, stadion dolu olacaq. Azarkeşlərimiz sağ olsunlar. Əlbəttə, Mbappe gəlməsə də, komandanın ulduzları çoxdur. Onlara qarşı sırf bir oyunçu yox, komanda olaraq hazırlaşırıq. Məncə, onsuz daha çətin olacaq. Çünki daha ciddi olacaqlar və biz sırf Mbappeyə qarşı köklənmirik, Fransa ilə mübarizəni düşünürük. İnanıram ki, sabah yaxşı mübarizə apara bilərik".





































































