UEFA Gənclər Liqasında V turun "Napoli" - "Qarabağ" oyunu başa çatıb.
Sportnet.az-ın məlumatına görə, İtaliyanın Çerkola şəhərindəki "Cüzeppe Pikkolo" stadionunda keçirilmiş matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.
Hesabı 4-cü dəqiqədə Kristian Raccoli açıb. 61-ci dəqiqədə leysan yağışı səbəbindən oyun bir müddətlik dayandırılıb. Qarşılaşma bərpa olunduqdan sonra - 82-ci dəqiqədə Fransisko Barido "Napoli"nin ikinci qolu vurub.
Beləliklə, "Qarabağ" UEFA Gənclər Liqasındakı 5-ci oyununu da məğlubiyyətlə başa vurub. Hazırda xalsız komanda 35-ci yerdə gedir.
----------------
"Napoli" - "Qarabağ" oyunu qaldığı yerdən bərpa olunub.
Sportnet.az xəbər verir ki, hazırda "Napoli" hesabda öndədir - 1:0. Yeganə qolu 4-cü dəqiqədə Kristian Raccoli vurub.
-------------------
İtaliyada "Napoli" və "Qarabağ" arasında keçirilən UEFA Gənclər Liqasının oyunu yarımçıq dayandırllıb.
Sportnet.az xəbər verir ki, buna hava şəraiti səbəb olub.
"Pikkolo" stadionunda təşkil olunan qarşılaşma zamanı leysan yağıb. Həmin vaxt "Napoli" 1:0 hesabı ilə öndə olub.
Məcburi fasilə 61-ci dəqiqəyə təsadüf edib.
Bunadək ilk yarıdan sonrakı fasilədən sonra ikinci hissənin başlaması təxirə salınıb. Lakin komandalar cəmi 16 dəqiqə oynaya biliblər. Çexiyalı baş hakim Dominik Starı bu dəfə oyunu birdəfəlik dayandırıb. Qarşılaşma təxirə salınıb.
Oyunun yeni tarixi hələlik açıqlanmayıb.













































































