Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov UEFA Çempionlar Liqasının V turu çərçivəsində keçirilən “Napoli”-"Qarabağ" matçını stadiondan izləyib.
Sportnet.az xəbər verir ki, Bayramov görüş başa çatdıqdan sonra klubumuzun rəhbərliyi, futbolçular və məşqçi heyəti ilə görüşüb.
Görüş zamanı Bayramov komandanın son illərdəki inkişaf dinamikası xüsusi qeyd edib. Nazir vurğulayıb ki, əvvəlki illərdə güclü rəqiblərlə qarşılaşmalarda daha çox çətinliklərin yaşanması fonunda bu gün “Qarabağ” elə bir səviyyəyə yüksəlib ki, artıq ən nəhəng klublara qarşı belə oyunun nəticəsinə həssas yanaşılır.
Bayramov komandanın nümayiş etdirdiyi iradəni və stabil performansı yüksək dəyərləndirib, uğurların davamlı olacağına inandığını bildirib və gələcək oyunlarda uğurlar arzulayıb.












































































