UEFA Avropa Liqasının Liqa mərhələsində V turun görüşləri keçirilib.
Sportnet.az-ın məlumatına görə, Türkiyə təmsilçisi "Fənərbağça" Macarıstan "Ferentsvaroş"unu qəbul edib.
Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Hesabı 66-cı dəqiqədə Budapeşt komandasının futbolçusu Barnabaş Varqa açıb. Cəmi 3 dəqiqə sonra isə meydan sahiblərindən Taliska bərabərliyi təmin edib.
90+1-ci dəqiqədə isə "Fənərbağça"nın kolumbiyalı legioneri rəqib oyunçuya kəllə atdığı üçün birbaşa qırmızı vərəqə alıb.
Beləliklə, "Fənərbağça" xalını 8-ə, "Ferentsvaroş" isə 11-ə çatdırıb.
Gecənin ən böyük hesablı qələbəsi Serbiyanın Baçka Topola şəhərindəki "TSC Arena"da qeydə alınıb. UEFA-nın qadağası üzündən ev oyunlarını İsraildə keçirə bilməyən "Makkabi" (Təl-Əviv) komandası Fransa "Lion"una uduzub - 0:6. Bununla da xalını 12-yə çatdıran "Lion" Danimarka "Midtüllan"ı və İngiltərə "Aston Villa"sı ilə bərabər liderliyini davam etdirib.
"Ferentsvaroş" 6-cı, "Fənərbağça" 20-ci pillədə yer alıb.
UEFA Avropa Liqası
Liqa mərhələsi, V tur
27 noyabr
21:45. "Roma" (İtaliya) - "Midtüllann" (Danimarka) - 2:1
21:45. "Aston Villa" (İngiltərə) - "Yanq Boys" (İsveçrə) - 2:1
21:45. "Portu" (Portuqaliya) - "Nitsa" (Fransa) - 3:0
21:45. "Viktoriya" (Çexiya) - "Frayburq" (Almaniya) - 0:0
21:45. "Fənərbağça" (Türkiyə) - "Ferentsvaroş" (Macarıstan) - 1:1
21:45. "Feyenoord" (Niderland) - "Seltik" (Şotlandiya) - 1:3
21:45. "Lill" (Fransa) - "Dinamo Zaqreb" (Xorvatiya) - 4:0
21:45. PAOK (Yunanıstan) - "Brann" (Norveç) - 1:1
21:45. "Ludoqorets" (Bolqarıstan) - "Selta" (İspaniya) - 3:2
00:00. "Bolonya" (İtaliya) - "Zaltsburq" (Avstriya) - 4:1
00:00. "Srvena Zvezda" (Serbiya) - FCSB (Rumıniya) - 1:0
00:00. "Qo Ehed İqlz" (Niderland) - "Ştutqart" (Almaniya) - 0:4
00:00. "Genk" (Belçika) - "Bazel" (İsveçrə) - 2:1
00:00. "Makkabi" (Təl Əviv, İsrail) - "Lion" (Fransa) - 0:6
00:00. "Nottinqem Forest" (İngiltərə) - "Malmö" (İsveç) - 3:0
00:00. "Panatinaikos" (Yunanıstan) - "Şturm" (Avstriya) - 2:1
00:00. "Reyncers" (Şotlandiya) - "Braqa" (Portuqaliya) - 1:1
00:00. "Betis" (İspaniya) - "Utrext" (Niderland) - 2:1










































































