"Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində Almaniya "Ayntraxt"ına qarşı keçirəcəyi VII tur matçının təyinatları açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma İsveçrədən olan hakimlər briqadasına tapşırılıb.
Qeyd edək ki, yanvarın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də başlanacaq.







































































