"Qarabağ" və Almaniyanın "Ayntraxt" komandaları arasında keçirilmiş UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII tur matçının ən yaxşı oyunçusu müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, bu ada "Qarabağ"ın futbolçusu Kamilo Duran layiq görülüb.
Kolumbiyalı hücumçu 3:2 hesablı qələbə qazandıqları görüşdə dubl edib.













































































