Azərbaycan Premyer Liqasında XVII turun "Turan Tovuz" - "Sumqayıt" oyununu milli komandanın baş məşqçisi Ayxan Abbasov da izləyir.
Sportnet.az-ın məlumatına görə, 45 yaşlı mütəxəssis hazırda Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundadır.
"Turan Tovuz"un start heyətində milli üzvü Faiq Hacıyevdən əlavə, əvvəllər yığmada çıxış etmiş Filip Ozobiç və milliyə namizəd Ayxan Hüseynov yer alıb.
"Sumqayıt"ın "11-liy"ində isə milli üzvlərindən Səbuhi Abdullazadə və Höccət Haqverdi, eləcə də U-21 yığmasına dəvət alan qapıçı Xəyal Fərzullayev çıxış edir.
Qeyd edək ki, Ayxan Abbasovun açıqlamalarından sonra onunla "Turan Tovuz" arasında soyuqluq yaranıb.
















































































