Azərbaycan millisinin qadın futbolçusu Nigar Mirzəliyeva Almaniyanın “Hamburq” klubuna transfer olunması ilə bağlı təəssüratlarını bölüşüb.
Sportnet.az-ın məlumatına görə, Rusiyanın “Zenit” klubundan Bundesliqa təmsilçisinə keçən 23 yaşlı müdafiəçi bununla bağlı AFFA-nın mətbuat xidmətinə açıqlama verib.
O, sevincli olduğunu bildirib: “Hamburq”a keçdiyim üçün çox xoşbəxtəm. Bundesliqada oynayacaq ilk azərbaycanlı qadın futbolçu olduğum üçün qürurluyam. “Hamburq” zəngin tarixə malik olan klubdur. Burada yaxşı çıxış etməyə, ölkəmizi daha uğurlu təmsil etməyə çalışacağam. Hədəflərim böyükdür. Böyük uğurlara imza atacağıma inanıram”.
Qeyd edək ki, Nigar Mirzəliyeva “Hamburq”la 2,5 illik müqavilə imzalayıb.


















































































