Azərbaycan Premyer Liqasında XVIII turun növbəti görüşləri keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Kəpəz" "Şamaxı"nı, "Zirə" "Sabah"ı qəbul edib.
Hər iki görüş qonaqların qələbəsi ilə yekunlaşıb. Qalib komandaların qollarının hamısı ilk yarıya təsadüf edib.
"Şamaxı" "Kəpəz"i Arsen Ağcabəyovun 12-ci, Karim Rossinin 45+1-ci dəqiqədə vurduğu qollarla üstələyib - 2:0.
"Sabah" isə "Zirə"ni Velko Simiçin 10-cu, İvan Lepinitsanın 22-ci və Xəyal Əliyevin 27-ci dəqiqədə endirdiyi dəqiq zərbələrlə ilk yarını öndə tamamlayıb. "Qartallar"ın təsəlli qoluna 83-cü dəqiqədə Davit Volkov imza atıb.
Bu nəticələrdən sonra lider "Sabah" xalını 43-ə və ən yaxın izləyicisi "Qarabağ"la xal fərqini 7-yə yüksəldib.
Xalını 23-ə çatdıran "Şamaxı" 7-ci pilləyə qalxıb.
"Zirə" 29 xalla 5-ci, "Kəpəz" 12 xalla 11-ci pillədə qalıb.
Xatırladaq ki, XVIII turun ilk oyun günündə "Sumqayıt" səfərdə "Karvan-Yevlax"ı 2:0, "Qəbələ" evdə "İmişli"ni 3:0 hesabı ilə məğlub edib. Tura fevralın 1-də keçiriləcək "Araz-Naxçıvan" - "Neftçi" və "Qarabağ" - "Turan Tovuz" oyunları ilə yekun vurulacaq.
-------------------
Bu gün Azərbaycan Premyer Liqasında XVIII turun daha 2 oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, günün ilk qarşılaşması Yevlax şəhər stadionunda "Kəpəz" və "Şamaxı" komandaları arasında gerçəkləşəcək.
Ötən tur səfərdə "Qarabağ" üzərində qələbə qazanmış Gəncə təmsilçisindən fərqli olaraq, rəqibi "Qəbələ"yə böyük hesabla uduzub - 0:4. Azər Bağırovun baş məşqçi olduğu kollektiv yenə qələbə qazansa, xalını 15-ə çatdıraraq, yenidən 10-cu pilləyə yüksələcək. Ayxan Abbasovun komandası isə uduzmasa, ən azı bir günlük 7-ci pilləyə qalxacaq.
Bu, iki klubun 40-cı qarşılaşması olacaq. Əvvəlki oyunların 10-da "Kəpəz", 19-da "Şamaxı" qələbə qazanıb və daha 10 matç heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də gəncəlilər xeyli geridədir - 42:63. “Kəpəz” son 4 oyunda qol vurduğu halda, “Şamaxı” axırıncı 6 səfərdən qolsuz dönməyib.
Günün digər görüşü isə "Zirə" və "Sabah" arasında baş tutacaq. Hazırda Rəşad Sadıqovun komandası 29 xalla 5-ci pillədə olduğu halda, Masazır təmsilçisi 40 xalla liderdir. Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv çətin səfərdən qələbə ilə ayrılmağı bacarsa, 1-ci pillədəki mövqeyini daha da möhkəmləndirə bilər.
Əvvəlki 29 oyunun 8-də "Zirə", 11-də "Sabah" qələbə qazanıb, daha 9 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də masazırlılar öndədir - 35:29. “Zirə” son 4 matçda qalib gəlməyib. “Sabah” axırıncı 3 səfərin hərəsində 1 qol vurub.
Azərbaycan Premyer Liqası, XVIII tur
31 yanvar (şənbə)
14:30. “Kəpəz” – “Şamaxı” - 0:2
Qollar: Arsen Ağcabəyov, 12. Karim Rossi, 45+1
Sarı vərəqələr: Şakir Seyidov, 54 (qeyri-idman hərəkəti); Dioqo Verdaska, 79 (qeyri-idman hərəkəti) - Rikardo Apolinario, 24 (qeyri-idman hərəkəti); Abdulla Rzayev, 41 (qeyri-idman hərəkəti); Rikardo Fernandes, 87 (oyunun bərpasının ləngidilməsi)
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev
VAR: Fərid Hacıyev
AVAR: Asiman Əzizli
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: İlham Əliyev
Yevlax şəhər stadionu, 500 tamaşaçı
“Kəpəz”: 33. Yusif İmanov 27. Məqsəd İsayev (77. Fərid Nəbiyev, 46) 7. Ehtiram Şahverdiyev (9. Luis Paçu, 46) 5. Rauf Hüseynli 8. Veysəl Rzayev (11. Rəhman Hacıyev, 46) 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa (20. Elcan Əbilov, 72) 12. Mahamadu Ba (88. Şakir Seyidov, 46) 14. Adama Fofana 4. Mate Abuladze 10. Ryonosuke Ohori
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 99. Əli Səmədov 17. Ümid Səmədov 23. Fərid Kələntərov 21. Sadiq Şəfiyev 80. Şahnur İsmayılov
Baş məşqçi: Azər Bağırov
“Şamaxı”: 1. Rikardo Fernandes 5. Arsen Ağcabəyov (k) 2. Abdulla Rzayev (80. Həbib İsmayılov, 61) 97. Oruc Məmmədov 82. Rüfət Abbasov 7. Edqar Adilxanov (27. Emil Süleymanov, 81) 9. Karim Rossi (19. Abdullahi Şuaybu, 81) 13. Rikardo Apolinario (8. Alfons Msanqa, 58) 11. Dioqo Balau (10. Andrey Tirkoveanu, 81) 4. Sezar Enrike 44. David Santos
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov 99. Səlim Həşimov 17. Rafael Məhərrəmli 21. Bilal İsmayılov 48. Ramiz Muradov 14. Ravil Qafarov
Baş məşqçi: Ayxan Abbasov
17:00. “Zirə” – “Sabah” - 1:3
Qollar: Davit Volkov, 83 - Velko Simiç, 10. İvan Lepinitsa, 22. Xəyal Əliyev, 27
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Əkbər Əhmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Rəhman İmami
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Zirə İdman Kompleksinin stadionu
Xatırladaq ki, XVIII turun ilk oyun günündə "Sumqayıt" səfərdə "Karvan-Yevlax"ı 2:0, "Qəbələ" evdə "İmişli"ni 3:2 hesabı ilə məğlub edib. Tura fevralın 1-də keçiriləcək "Araz-Naxçıvan" - "Neftçi" və "Qarabağ" - "Turan Tovuz" oyunları ilə yekun vurulacaq.














































































