"Zirə"nin futbolçusu Brahim Konate yenidən zədələnib.
Sportnet.az-ın məlumatına görə, fransalı yarımmüdafiəçi bu dəfə evdə "Sabah"a qarşı Azərbaycan Premyer Liqasının XVIII tur matçının 41-ci dəqiqəsində baldır əzələsində ağrılar hiss edib.
Həkimlər 30 yaşlı oyunçunun əvəzlənməsini məqsədəuyğun sayıblar.
Meydançanı tərk edən Konate yerini İsmayıl İbrahimliyə verib.
Qeyd edək ki, ilk yarıdan sonra "Sabah" böyük hesabla qalib gəlir - 3:0. İbrahim Konate "Zirə"yə 2025-ci ilin yayında "Şamaxı"dan keçib. O, ilk dəfə Konfrans Liqasının II təsnifat mərhələsində Xorvatiya "Hayduk"una qarşı ilk matçda zədələnərək, uzun müddət sıradan çıxıb.











































































