"Qarabağ"ın futbolçusu Kamilo Duranın Kolumbiya millisinə dəvət aldığına dair xəbər onun vətənində marağa səbəb olub.
Sportnet.az xəbər verir ki, Ağdam klubunun paylaşımında 24 yaşlı hücumçunun ilk dəfə yığmaya çağırıldığı qeyd olunub.
Lakin bu məlumat qısa müddət sonra saytdan silinib.
Məsələ burasındadır ki, Kolumbiya millisinin baş məşqçisi Nestor Lorenso hələ rəsmi olaraq yeni çağırış siyahısını açıqlamayıb. Buna görə də “Qarabağ”ın paylaşımı ölkə mediasında “Kamilo Duran müəmması” kimi müzakirə olunmağa başlayıb.
Paylaşım silinsə də, artıq məlum olub ki, hücumçu martın sonunda keçiriləcək yoxlama oyunları üçün namizədlərdən biridir. Kolumbiya yığmasının həmin toplanışda Xorvatiya və Fransa ilə qarşılaşması gözlənilir.
Qeyd edək ki, “Qarabağ”ın heyətində iki kolumbiyalı futbolçu çıxış edir – müdafiəçi Kevin Medina və hücumçu Kamilo Duran. Hər iki oyunçu bu mövsüm komandanın əsas heyət üzvlərindən sayılır.













































































