İngiltərənin "Vest Hem" klubunun qapıçısı Diaffa Saho şahidi ölümlə hədələdiyi üçün həbs olunub. Sportnet.az-ın "Mirror"a istinadən məlumatına görə, 25 yaşlı oyunçu avqustun 23-də saxlanılıb.
Sonradan o, zaminə buraxılıb. Araşdırmalar oktyabrda yekunlaşacaq. Sahonun özü bütün ittihamları rədd edərək, heç bir şərh vermək istəməyib.
Qeyd edək ki, Diaffa Saho bu mövsüm İngiltərə çempionatında 3 oyuna çıxıb.