"Bilirik ki, bizi çətin oyun gözləyir. yeni meydanda ilk oyunumuzu keçirəcəyik". Sportnet.az-ın məlumatına görə, bunu İtaliya ilə AVRO-2016-nın süçmə qrup matçından öncə mətbuat konfransında Azərbaycan milli komandasının futbolçusu Ruslan Abışov deyib.
Təcrübəli yarımmüdafiəçi bildirib ki, rəqib haqda çox danışmağa ehtiyac yoxdur: "Çünki bizi maraqlandıran öz oyunumuzdur. Baş məşqçinin tapşırıqlarına əməl etsək, yaxşı oyun göstərəcəyik".
"Mən hər şeyə peşəkarcasına yanaşıram. Çalışmışam ki, həmişə yaxşı çıxış edim. Hazırda milliyə layiq olanlar oynayır. Milli komandada oynamaq üçün yaxşı formada olmaq lazımdır. Bunu üçün səbrli olub vaxtımı gözləyirəm. Ancaq komanda yoldaşlarıma inanıram. Baş məşqçinin şans verəcəyi təqdirdə çalışacağam ki, komandama kömək edim. Sabah bizi çətin oyun gözləyir. Bunun üçün hər şeyə hazır olmalıyıq" deyə Abışov bildirib.
Qeyd edək ki, sabah - İtaliya ilə oyun günü Ruslan Abışovun 28 yaşı tamamlanacaq.