Ermənistan Futbol Federasiyasının prezidenti Ruben Ayrapetyan ölkədən qaçıb. Sportnet.az-ın yerli mətbuata istinadən məlumatına görə, o, Smbat Akopyan adlı erməninin döyülməsi ilə bağlı İstintaq Komitəsində dindirildikdən sonra atası və həyat yoldaşı ilə birgə Ermənistandan çıxıb.
Akopyanın döyülməsi hadisəsinin arxasında Ayrapetyanın durduğu iddia edilir.
Qeyd edək ki, Smbat Akopyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni silahlı qruplaşmasının tərkibində fəaliyyət göstərib.