Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçi köməkçisi Mahmud Qurbanov Qəbələyə yollanacaq. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, gənc mütəxəssis Qəbələdə UEFA Avropa Liqasının ilkin təsnifat mərhələsi çərçivəsində keçiriləcək "Qəbələ" - "Şiroki Briyeq" (Bosniya və Herseqovina) oyununu izləyəcək.
Qeyd edək ki, matç iyulun 3-də Bakı vaxtilə saat 20:00-da başlanacaq. Cavab görüşü isə iyulun 10-da səfərdə baş tutacaq.