Azərbaycanda səfərdə olan Əfqanıstan nümayəndə heyəti Bakı Olimpiya Stadionunda olub. Sportnet.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, ictimai məsələlər naziri Mahmud Balig və şəhərsalma məsələləri naziri Sadət Mansur Nadiri stadionla tanış olub, burada təşkil olunan və gələcəkdə keçirilməsi nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat əldə ediblər.
M.Balig İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsindən sevinc hissi duyduğunu deyib: "Öz komandamızı dəstəkləmək üçün mən buraya mütləq gələcəyəm".
Sadət Mansur Nadiri isə bunları bildirib: "Stadion öz əzəməti ilə insanı heyrətə salır. Rekord sayıla bilinəcək qısa vaxt ərzində bu cür arenanın inşa olunması ilk baxışda mümkünsüz görünür".