
Bakıda təlim-məşq toplanışında olan 17 və 20 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması yoxlama oyunu keçirib. Sportnet.az-ın məlumatına görə, "Bayıl Arena”da baş tutan qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.
Qeyd edək ki, U-20 yığması AFFA Məşqçilər Komitəsinin təklifi ilə yeni yaradılıb.







































































