1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimizin baş məşqçisi: "Son nöqtəni qoya bilmirdik"
"İlk oyunda futbolçularda həyəcan vardı. Bununla belə, ilk 20 dəqiqədə yaxşı oynadığımızı düşünürəm". Sportnet.az-ın məlumatına görə, bunu 17 yaşadək qızlardan ibarət yığma komandanın baş məşqçisi Siyasət Əsgərov deyib.
Macarıstanlı həmyaşıdlarla keçirilən yoldaşlıq görüşünü dəyərləndirən Əsgərov yarımmüdafiənin mərkəzində buraxılan səhvlərin yığmanın qapısına daha çox hücumla nəticələndiyini bildirib: "Rəqib yaratdığı imkanlardan istifadə edib qələbə qazandı. İkinci oyunda isə rəqibi yaxşı analiz etmişdik. Qələbə qazanmaq üçün meydana çıxmışdıq. Daha çox irəli atılaraq rəqibə çətin anlar yaşada bildik. Təəssüf ki, son nöqtəni qoya bilmirdik. İlk oyunla müqayisədə rəqib daha az hücum təşkil etdi. Belə hücumların birində standart vəziyyət zamanı səhv etdik və qol buraxdıq. Komandamız yenidən formalaşıb və müəyyən səhvlər etməsi normaldır. Amma ümumi götürdükdə, komandamdan daha yaxşı oyunlar gözləyirdim".
Qeyd edək ki, qarşılaşma Macarıstanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.