FİFA Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) ilə birgə "üçqat cəza" qaydasına yenidən baxıb. Sportnet.az-ın məlumatına görə, bu barədə FİFA prezidenti Canni İnfantino açıqlama verib.
O bildirib ki, penalti təyin olunması, qaydanı pozan oyunçunun qovulması və diskvalifikasiyasını nəzərdə tutan qaydada dəyişiklik baş verib: "Qapıçı və ya müdafiəçi öz cərimə meydanında həqiqətən də top uğrunda mübarizə apararkən, qaydaları pozursa, daha qırmızı vərəqə almayacaq. Digər hallarda topu ələ keçirməklə əlaqəsi olmayan aqressiv oyun və ya hərəkətin qarşılığı yenə qırmızı vərəqə və penalti olacaq".
Qeyd edək ki, yeni qaydalar iyunun 1-dən tətbiq olunacaq, AVRO-2016 və Amerika Kubokunda tətbiq ediləcək.