Yunanıstanın PAOK futbol klubu baş məşqçi İqor Tudarla yollarını ayırıb. Sportnet.az-ın məlumatına görə, buna uğursuz nəticələr və xorvatiyalı mütəxəssisin komandanın ünvanına alçaldıcı açıqlamaları səbəb göstərilib.
Artıq Saloniki təmsilçisi yeni baş məşqçisini də tapıb. Tudoru serbiyalı Vladan İviç əvəzləyib.
Qeyd edək ki, PAOK hazırda ölkə çempionatında 38 xalla 4-cü pillədə qərarlaşıb. Komanda lider "Olimiakos"dan 29, ən yaxın qonşusu "Panatinaikos"dan isə 7 xal geri qalır. PAOK Avropa Liqasının qrup mərhələsində "Qəbələ"nin rəqibi olub. İki komanda arasında həm Bakıda, həm də Salonikidə keçirilmiş görüşlərdə hesab açılmayıb - 0:0.