Bakıda səfərdə olan İtaliya "Yuventus"unun əfsanəvi futbolçusu David Trezege Almaniya "Bavariya"sı ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab görüşü barədə fikirlərini bölüşüb. Sportnet.az-ın məlumatına görə, Trezege sevimli komandasının məqsədinin aydın olduğunu bildirib.
O deyib: "Rəqib ciddi komandadır. Güclü futbolçuları var. Sonadək öz mübarizəmizi davam etdirməli və cavab görüşünü qələbə ilə başa vurmalıyıq".
Trezege son anda əldən çıxan Çempionlar Liqasını bu il qazanmağı çox istədiklərini də əlavə edib.
Qeyd edək ki, İtaliyadakı ilk görüşdə qalib müəyyənləşməyib. Cavab görüşü gələn həftə olacaq.