1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Çempion PSJ və yeni titullar
Fransanın PSJ klubu mövsümün bitməsinə 8 tur qalmış çempionluğunu rəsmiləşdirib. Sportnet.az-ın məlumatına görə, Paris təmsilçisi son görüşdə "Trua" ilə üz-üzə gəlib.
Qonaqlar meydanı 9:0 hesablı qələbə ilə tərk edib. Komandanın hücumçusu Zlatan İbrahimoviç 4, Edinson Kavani 2, Xavyer Pastore və Adrian Rabyo isə hərəyə bir dəfə fərqlənib. Meydan sahiblərinin futbolçusu Mattyeu Saunyer isə topu öz qapısına göndərib. Üsətlik Kavani penalti zərbəsini dəqiq yerinə yetirməməklə het-trik şansını əldən verib.
Bununlada PSJ-nin ən yaxın izləyicisi "Monako" ilə xal fərqi 25 oldu. Nəticədə Paris klubu 6-cı çempionluğu qazandı. Lakin Fransa çempionatında ən çox çempionluq yaşayan komanda "Sent-Etyen"dir. Komandanın aktivində 10 kubok var.
Üstəlik bu qələbə PSJ-yə Fransada ən erkən çempion olan komanda adını da qazandırıb. Həmin göstərici 2006-2007-ci ildə mövsümün sonuna 5 tur qalmış çempion olan "Lion"a məxsus olub.
Üstəlik PSJ hazırkı nəticə ilə Avropanın 5 böyük ölkə çempionatlarında ən tez çempion olan komanda adına da sahib çıxıb.