Türkiyənin "Qalatasaray" klubunun futbolçusu Umut Bulutun atası Kamal Bulut ötən gün törədilən terror nəticəsində həyatını itirib. Sportnet.az-ın məlumatına görə, K.Bulut da hadisə yerində olub.
O, terror törədilən anda "Gənclərbirliyi" - "Qalatasaray" oyununu izlədikdən sonra evinə dönürmüş.
Qeyd edək ki, martın 13-də Ankaranın "Kızılay" meydanında törədilən terror nəticəsində 37 nəfər həyatını itirib, 125 nəfər isə yaralanıb.












































































